DÜNYA


Almaniyada xəstəxanaların birində dörd nəfərin cəsədi aşkarlanıb

Bakı, 29 aprel, AZƏRTAC

Almaniyanın Potsdam şəhərindəki xəstəxanaların birində dörd nəfər qətlə yetirilib, bir nəfər isə ağır yaralanıb.

AZƏRTAC “Potsdamer Neueste Nachrichten” qəzetinə istinadla xəbər verir ki, aprelin 28-də axşam saatlarında xəstəxananın müxtəlif palatalarında dörd cəsəd və bir nəfər ağır yaralı aşkarlanıb. Onların pasiyent olub-olmadığı və hansı səbəbdən öldürüldüyü məlum deyil. Faciənin baş verdiyi müəssisə əlillərə qayğı göstərilməsi üçün nəzərdə tutulub.

Polis xəstəxana əməkdaşlarından birini şübhəli şəxs qismində saxlayıb. Cinayətin mümkün motivləri barədə məlumat verilmir. Hadisə qəsdən adam öldürmə kimi qiymətləndirilir. “Bütün cəsədlərdəki zədələnmələr sərt xarici təsir nəticəsində yaranıb”, - deyə polis nümayəndələri bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə ilə bağlı təhqiqat başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.