MƏDƏNİYYƏT


Almaniyada yaşayan azərbaycanlı yazıçının kitabı türk dilində çapdan çıxıb

Bakı, 1 iyun, AZƏRTAC

İyirmi üç ildir Almaniyada yaşayan azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Yıpranmış hayellerin peşində” kitabı İstanbulda çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda azərbaycanlı qız Suzanın timsalında xalqımızın qardaş Türkiyəyə sevgisindən bəhs edilir. Əsərin qəhrəmanı Suzan 1980-cı illərdə on minlərlə azərbaycanlı gənc kimi sonsuz məhəbbət bəslədiyi Türkiyəni görmək arzusundadır. “Mən bu cənnət ölkədə cəhənnəmi də yaşamağa hazıram, təki Türkiyəyə gedə bilim və orada qalım”, - deyən Suzan çətinliklə də olsa, turist kimi qardaş ölkəyə gedə bilir. Bundan sonra onun əsl cəhənnəm əzabı kimi çətin günləri başlayır. Türkiyə xüsusi xidmət orqanları onu sovet kəşfiyyatının agenti sanırlar və Suzanı həbs edirlər. Nəhayət ki, Suzanın günahsız olduğu sübuta yetirilir və o, həbsdən azad olunur.

Kitabın təqdimatının oktyabrda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Əzimə Ağalarova “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”, “Təyyarə qanadında uçan ruh” kitablarının müəllifidir. Yazıçının “Bakıdan Qahirəyə və Stokholma uzun yol” detektiv romanının ötən il İsveçin paytaxtı Stokholmda təqdimatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.