SİYASƏT


Almaniyada yaşayan azərbaycanlılarla görüş olub

Bakı, 14 iyul, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransadan sonra Almaniyaya səfər edib. O, Almaniyada bir sıra rəsmi görüşlər keçirib, bu ölkədə yaşayan azərbaycanlılarla bir araya gəlib, onlarla müxtəlif mövzularda müzakirələr aparıb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri əvvəlcə Azərbaycanın Almaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib. Daha sonra Federal Kansler Aparatının idarə rəisi Matthias Lüttenberglə və Almaniya Daxili İşlər Nazirliyinin qaçqınlar və miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla müxtəlif mövzularda geniş müzakirələr aparılıb. Fuad Muradovun Almaniya səfəri, həmçinin azərbaycanlı ailələrlə və orada təhsil alan gənclərlə keçirilən maraqlı görüşlərlə də yadda qalıb. Azərbaycanlı tələbələrlə həm də işgüzar nahar təşkil edilib. Almaniyanın şərq bölgələrində yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının rəhbərləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Maraqlı dialoq və müzakirələrlə müşayiət olunan görüşlərdə azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər.

Azərbaycan nümayəndə heyəti ölkəmizdən məzun olmuş alman ziyalılarla da görüşüb, onlarla geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.