DÜNYA


Almaniyada yeniyetmə qızı öldürən suriyalıya ömürlük həbs cəzası verilib

Bakı, 10 iyul, AZƏRTAC 

Almaniyada sığınacaq alan və 14 yaşlı yeniyetmə qızı zorlayaraq qətlə yetirən suriyalı Əli Bəşər Viesbaden məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, 22 yaşlı suriyalı qatil Suzanna Feldman adlı qurbanını öldürdükdən sonra ailəsi ilə birlikdə İraqın şimalına qaçıb. Yeniyetmə qızın cəsədi isə iki həftə sonra tapılıb. Meyitin yerini polislərə 13 yaşlı əfqanıstanlı qaçqın uşağı göstərib. Ərbil və Kərkük şəhərlərində gizlənən qatilin ailəsini İraq polisi həbs edərək Almaniyaya ekstradisiya edib. Suzannanın anası Diana jurnalistlərə deyib ki, onun gələcəyi və ürəyinin bir hissəsi qızının ölümü ilə yox olub.

Bu vəhşi cinayət suriyalılara sığınacaq verən kansler Angela Merkelə qarşı müxalifətin təzyiqlərinin artmasına və Almaniyada yerləşmək istəyən digər ərəblərin ölkədən deportasiya edilməsinə səbəb olub. Sağ radikal təmayüllü Almaniya üçün Alternativ (AfD) partiyası miqrantların ölkəyə gəlməsinə qarşı mitinq və yürüşlər keçirib. Suriyalının törətdiyi cinayət Almaniyada neonasist qruplarının da fəallaşmasına gətirib çıxarıb. Ötən ilin avqustunda Çemnitz şəhərində suriyalı və iraqlılar tərəfindən bir nəfərin bıçaqlanması isə iğtişaşlarla nəticələnmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.