DÜNYA


Almaniyada yüksəksürətli qatarların sayı artırılır

Berlin, 7 mart, AZƏRTAC

Yeni yüksəksürətli “Supersprinter” qatarları gələn həftədən etibarən Almaniyanın daxilində klassik marşrutlar üzrə sərnişinləri daşımağa başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın aparıcı KİV-ləri məlumat yayıb. İndi ölkənin meqapolisləri arasında qatarların hərəkət vaxtı əhəmiyyətli dərəcədə azalacaq.

Bu, Hamburq, Münxen, Düsseldorf və Frankfurt-na-mayne arasında hərəkət edən marşrutlara aiddir. Məsələn, Kölndən paytaxta cəmi 3,5 saat ərzində çatmaq mümkün olacaq. Nürnberqdən Frankfurt-na-mayneyə qədər sərnişinlər 2 saata, şəhərin mərkəzi vağzalından o qədər də uzaq olmayan Münhendən Frankfurtdakı hava limanına cəmi 3 saata, Kölndən həmin hava limanına isə 4 saata çata biləcəklər. Hamburqdan Hannover vasitəsilə Frankfurt-na-mayne aeroportunadək gediş vaxtı 3 saat 45 dəqiqə təşkil edəcək ki, bu da əvvəlki vaxtdan 10 dəqiqə qısadır. Kölndən Berlinə 4 saatdan az bir vaxta çatmaq mümkün olacaq ki, bu da həmişəki vaxtdan 25 dəqiqə daha sürətlidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.