SİYASƏT


Almaniyadakı soydaşlarımızın Tehranda səfirliyimizdə törədilmiş terror aktı ilə əlaqədar bəyanatı

Almaniyadakı soydaşlarımızın Tehranda səfirliyimizdə törədilmiş terror aktı ilə əlaqədar bəyanatı

Bakı, 30 yanvar, AZƏRTAC

Almaniyada yaşayan soydaşlarımız Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə əlaqədar bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Münxen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Münxen Azərbaycan Evi, Alman-Azərbaycan Dostluq Mərkəzi və Alman-Azərbaycan Dostluq Körpüsünün yaydığı bəyanatlarda səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib.

Diaspor təşkilatları alman ictimaiyyətini və beynəlxalq birliyi bu qanlı terror hadisəsinə görə etiraz səsini ucaltmağa, regionda sabitliyi pozmağa yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlər görməyə çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.