Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin rəhbəri Konrad Szorqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ad gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə, ailənizə, dostlarınıza möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.

Ötən illər ərzində etdiyimiz uğurlu əməkdaşlıqdan, Sizi və ailənizi tanımaq fürsətini əldə etməkdən böyük məmnuniyyət və şərəf duyuruq.

Xahiş edirəm qarşıdan gələn Yeni il münasibətilə təbriklərimizi qəbul edin.

Bu fürsətdən istifadə edərək, “S.A.T. Security and Transport” şirkətinin adından və şəxsən öz adımdan Sizə dövlət başçısı kimi ölkənizin gələcək mənafeyi və tərəqqisi naminə məsul vəzifənizin icrasında yeni-yeni uğurlar arzu edirəm.

Dərin hörmətlə,

 

Konrad Szorq

Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin