DÜNYA


Almaniyadan olan üç vətəndaş Avstriyada qar uçqununa düşərək ölüb

Bakı, 13 yanvar, AZƏRTAC

Avstriyada Lex kəndində baş verən qar uçqunu nəticəsində Almaniyadan olan 3 xizəkçi ölüb, daha bir nəfər isə itkin düşüb.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə Bavariyanın “Merkur” qəzeti yazıb.

Məlumata görə, dağ xizəkçiləri xizək yolunun bağlı olan ərazisində olublar. Onların cəsədləri xilasedicilər tərəfindən tapılıb. Ölən şəxslərin üzərində fövqəladə vəziyyətlər üçün lazım olan avadanlıq olub.

Bildirilir ki, qar kütləsi onları özü ilə süpürüb aparıb. Bu səbəbdən də meyitlərin üzərində çoxsaylı yaralar aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.