İDMAN


Almaniyalı futbol azarkeşləri Ukraynada hücuma məruz qalıb

Kiyev, 14 fevral, AZƏRTAC

Kiyevdə almaniyalı futbol azarkeşlərinə qarşı hücum olub.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzindəki Xreşatik küçəsində yerləşən kafelərin birində almaniyalı azarkeşlər hücuma məruz qalıblar. Belə ki, Kiyevin “Dinamo” klubunun köynəklərini geyinən 15 nəfər kafeyə girərək almaniyalı azarkeşlərlə əlbəyaxa olublar. Qarşıdurma nəticəsində almaniyalı azarkeşlərdən beş nəfər ciddi xəsarət alıb.

Almaniyalı azarkeşlər fevralın 14-də UEFA Avropa Liqasının pley-off mərhələsində Xarkovda keçiriləcək “Şaxtyor”-“Ayntraxt” oyununu izləmək üçün Ukraynaya gəliblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.