SİYASƏT
Almaniyalı jurnalistə Azərbaycan həqiqətləri barədə məlumat verilmişdir
Bakı, 7 may (AZƏRTAC). Almaniyanın Maqdeburq şəhərində “Vollkisstimme” qəzetinin jurnalisti Manuela Book və Zaxhsen Anhalt əyaləti üzrə Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev bu şəhərdə yaşayan azərbaycanlılarla görüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə jurnalist Manuela Bookun soydaşlarımızın həyat tərzi, Azərbaycan mətbəxi və mədəniyyəti, onun iqtisadi inkişafı, ölkəmizdə keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı sualları həmvətənlərimiz tərəfindən cavablandırılmışdır.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Yaşar Niftəliyev barədə alman jurnalisti Manuela Booka Azərbaycan həqiqətləri barədə ətraflı məlumat vermişdir. Sonra alman jurnalistinə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş kitab və Azərbaycan haqqında disklər hədiyyə olunmuşdur.
“Vollkisstimme” qəzetinin jurnalisti görüşdən məmnunluq ifadə etmiş, ətraflı məlumata görə təşəkkürünü bildirmişdir.