DÜNYA


Almaniyalı pensiyaçı qadın qonşularına 6 milyon avro miras qoyub

Bakı, 5 dekabr, AZƏRTAC

Almaniyanın Hessen federal əyalətinin Valdsolms dairəsinin ötən il vəfat edən sakini Renata Vedel qonşularına 6,2 milyon avro həcmində miras qoyub.

AZƏRTAC Valdsolms bələdiyyəsinin saytına istinadla xəbər verir ki, miras bank hesabı, aksiyalar, zinət əşyaları, ev və digər əmlakdan ibarətdir. Kommunanın burqomistri Bernd Hayne “Hessenscha” nəşrinə müsahibəsində etiraf edib ki, əvvəlcə ianənin məbləğinə inanmayıb. Düşünüb ki, vergül işarəsi itib.

Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, bu vəsait ictimai obyektlərə və infrastruktura, o cümlədən velosiped yollarına, hovuzlara və uşaq bağçalarına xərclənəcək.

Renata Vedel 1975-ci ildə həyat yoldaşı Alfredlə birgə Valdsolmsa köçüb. Ərini itirən qadın 2016-cı ildən Frankfurt şəhərindəki qocalar evinə yaşayıb və 2019-cu ilin dekabrında 81 yaşında dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.