ELM VƏ TƏHSİL


Almaniyalı professor Azərbaycan Universitetinin tələbələrinə təlim keçib

Bakı, 11 mart, AZƏRTAC 

Almaniyanın tərəfdaş Koblenz Universitetinin professoru Martina Brück “Erasmus+” mübadilə proqramı çərçivəsində iki həftə müddətində Azərbaycan Universitetində tədris prosesində iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Martina Brückün mühazirələri bakalavriat pilləsində biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında tədris olunan korporativ maliyyə, maliyyə menecmenti və statistika fənlərini, MBA qruplarında isə maliyyə analizi və kredit strukturlarına giriş fənlərini əhatə edib.

Almaniyalı professor universitetin müəllim və tələbələri üçün yeni istifadəyə verilmiş təlim və tədris mərkəzində “Layihələrin idarə olunması” və “Koblenz Universitetində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi” mövzularında təlim keçib.

Martina Brück ölkəsinə yola düşməzdən əvvəl rektor Səadət Əliyeva ilə də görüşərək həm Azərbaycan Universiteti, həm də Bakı haqqında xoş təəssüratlarını bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.