REGİONLAR


Almaniyalı turist: Lənkəranın yamyaşıl təbiəti, zəngin mətbəxi çox xoşumuza gəldi

Lənkəran, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC

Mən və həyat yoldaşım Akiko Sabelus Bakıda olarkən eşitdik ki, Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçiriləcək. Bizim üçün belə festivalın keçirilməsi maraqlı gəldi. Qərara aldıq ki, gəlib festivalda iştirak edək.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Lənkəranda keçirilən ikinci Çay, çəltik və sitrus festivalında iştirak edən almaniyalı turist Albert Sabelus deyib.

Lənkəranın füsunkar təbiətə malik olduğunu vurğulayan xarici turist festivaldan zəngin təəssürat aldığını diqqətə çatdırıb. “Festivaldakı rəngarənglik, məhsul bolluğu, regiona xas xüsusiyyətlərlə tanışlıq marağımıza səbəb oldu. Çox gözəl adət-ənənələriniz var. Rayonun yamyaşıl təbiəti, zəngin mətbəxi çox xoşumuza gəldi. Buraya yeni çəkilmiş yolu da vurğulamaq istərdim. Çox rahat yoldur. Gələcəkdə yenə də Lənkərana gələcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.