MƏDƏNİYYƏT


Almaniyanın “Arirang” nəfəs alətləri kvinteti Bakıda

Bakı, 20 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, paytaxtımızda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı davam edir.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sentyabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Almaniyanın “Arirang” nəfəs alətləri kvintetinin “Azərbaycana qayıdış” adlı konserti olub.

Konsertdən əvvəl Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel “Arirang” nəfəs alətləri kvintetinin Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalında iştirakından məmnunluğunu ifadə edib və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Konsertdə A.Zemlinski, V.A.Motsart, J.İber, A.Pyatsollanın, F.Qarayevin əsərləri səsləndirilib.

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.