REGİONLAR


Almaniyanın Azərbaycandakı səfiri Qubaya səfər edib

Quba, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 15-də Qubada olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Mixael Kindsqrab Almaniya-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək ölkələrimiz arasında geniş spektrli iqtisadi əlaqələr qurulduğunu diqqətə çatdırıb.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.