İDMAN


Almaniyanın “Grenke Bank” komandası şirkətlər arasında keçirilən ilk dünya çempionatının qalibi olub

Bakı, 22 fevral, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil etdiyi şirkətlər arasında ilk onlayn dünya çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, tarixdə ilk dəfə keçirilən dünya çempionatında Azərbaycandan SOCAR və “SOCAR AQŞ” şirkətlərinin komandaları iştirak ediblər. Komandalarımız mükafatçılar sırasına düşə bilməyiblər.

Yetmiş səkkiz ölkədən 288 komandanın iştirak etdiyi yarışda Almaniyanın “Grenke Bank” komandası qələbə qazanıb. Belə ki, komanda final qarşılaşmasında heyətində dünya reytinq sıralamasının dördüncüsü olan Yan Nepomnyaşinin iştirak etdiyi Rusiyanın “Sberbank” klubunu üstələyib. Əslində, qalib komanda əvvəldən turnirin favoritlərindən sayılırdı. Buna səbəb komandanın tərkibində titullu şahmatçıların çoxluğudur. Reqlamentə görə, hər bir komandaya kənardan yalnız bir peşəkar şahmatçı dəvət edilə bilərdi. “Grenke Bank”ın heyətində isə bankın özündə çalışan üç peşəkar şahmatçı var. Bunlar qrossmeyster Georq Mayer, qadınlar arasında qrossmeyster Xanna Mari Klek və qadınlar arasında beynəlxalq usta İnna Aqrestdir. Bundan əlavə, “Grenke Bank” klubu rusiyalı qrossmeyster Alina Kaşlinskayanı da bir peşəkar şahmatçı kimi heyətinə qatmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.