ELM VƏ TƏHSİL


Almaniyanın “Hertie” İdarəçilik Məktəbinin doktorantura səviyyəsində təhsil təqaüd proqramı elan edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Almaniyanın “Hertie” İdarəçilik Məktəbinin doktorantura səviyyəsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təhsil 3 il müddətinə idarəçilik ixtisası üzrə aparılır. Tədris dili ingilis dilidir. Proqramda iştirak üçün iqtisadiyyat, hüquq, siyasi elm, sosiologiya, dövlət idarəçiliyi, menecment ixtisasları üzrə magistratura dərəcəsinə malik olmaq tələb edilir.

Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələr üzrə elektron qaydada həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.