ELM VƏ TƏHSİL


Almaniyanın Mannheim Cərrahlıq Klinikasının direktoru Bakı Dövlət Universitetində

Bakı, 11 may, AZƏRTAC

Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq Klinikasının direktoru professor Kristof Reissfelder və klinikanın əməkdaşı, tədqiqatçı-alim, həkim Vüqar Yaqublu Bakı Dövlət Universitetinin (BDU) Biologiya, Fizika və Kimya fakültələrinin bir qrup əməkdaşı ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə məqsəd prioritet olan sahələrdə elmi mübadilə proqramı çərçivəsində tədqiqatların aparılması üçün istedadlı gənclərdən ibarət tədqiqat qrupunun yaradılmasıdır. Görüşdə Heydelberq Universiteti ilə Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq çərçivəsində magistratura, doktorantura səviyyələrində gənclərin tədqiqat qruplarına cəlb edilməsi, birgə fəaliyyət nəticəsində görülə biləcək işlərin planlaşdırılması, ölkə üçün prioritet olan tədqiqatların aparılması mexanizmlərinin qurulması məsələləri müzakirə edilib.

Müzakirələrdən sonra professor Kristof Reissfelder tələbələrə ustad dərsi keçib. O, gənclərin ölkələrarası elmi mübadilə proqramlarına cəlb edilməsinin yolları barədə danışıb. Daha sonra Mannheim klinikasının laboratoriyaları haqqında gənclərə məlumat verib, tədqiqat layihələrində işləmə prinsiplərini izah edib, alınmış nəticələrin analizi və nəşri haqqında tövsiyələrini bölüşüb.

Sonda Kristof Reissfelder tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.