İDMAN


Almaniyanın Maqdeburq şəhərində Ulu Öndərin 99 illiyi ilə əlaqədar boks turniri keçiriləcək

Bakı, 13 may, AZƏRTAC

Mayın 14-də Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar boks turniri keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, musiqili proqramın da yer aldığı turnirdə 3-18 yaşlı uşaqlar üçün əyləncəli idman oyunlarının keçirilməsi və qaliblərə hədiyyələrin təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, ulu öndər Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrinə əməl etmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında əlaqə yaratmaqdır. Həmçinin idman yarışlarında Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılmasına, Dövlət Himninin səsləndirilməsinə nail olmaq, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.