SİYASƏT


Almaniyanın Qızıl Aypara Cəmiyyətinin Maqdeburq-Yerixover federal torpağı üzrə regional təşkilatının sədri azərbaycanlı ailələrlə görüşmüşdür

Bakı, 21 sentyabr (AZƏRTAC). Almaniyanın Qızıl Aypara Cəmiyyətinin Maqdeburq-Yerixover federal torpağı üzrə regional təşkilatının sədri Jana Linzenburq Maqdeburqda yaşayan azərbaycanlı ailələrlə görüşmüşdür.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə J.Linzenburq həmvətənlərimizi maraqlandıran suallar cavablandırılmışdır. Sədr orta məktəbi bitirdikdən sonra Almaniyanın ali məktəblərinə daxil olmaq yollarını izah etmişdir.

Qeyd edilmişdir ki, bu cür görüşlər mütəmadi keçiriləcəkdir. Bu layihənin reallaşmasına dair razılıq Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyevin Jana Linzenburq ilə görüşdə əldə olunmuşdur. Görüşdə Maqdeburqda və onun ətrafında yaşayan, orta məktəbi kafi qiymətlərlə bitirən azərbaycanlı şagirdlər üçün ali məktəbə hazırlıq kurslarının keçirilməsi məsələsi də müzakirə olunmuşdur. Azərbaycanlıların ali təhsil almaq istəklərini yüksək qiymətləndirən J.Linzenburq bu işdə onlara kömək göstərəcəyini vəd etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.