CƏMİYYƏT


Almaniyanın “Stern” jurnalı Müdafiə Sənayesi Nazirliyi ilə “Rheinmetall” şirkəti arasında protokolun imzalanmasından yazıb

Bakı, 2 iyul, AZƏRTAC

Almaniyanın nüfuzlu həftəlik “Stern” jurnalının xəbər saytı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə bu ölkənin “Rheinmetall” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə imzalanmış niyyət protokoluna dair geniş məlumat yayımlayıb.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, məlumatda Almaniyanın müdafiə sənayesi üzrə ixtisaslaşmış “Rheinmetall” şirkətinin Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasına cəhd etdiyi diqqətə çatdırılıb. Məhz bu məqsədlə cari ilin iyununda Fransada keçirilən “EUROSATORY-2018” sərgisi çərçivəsində “Rheinmetall” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyi arasında niyyət protokolunun imzalandığı qeyd olunub.

Məlumatda, həmçinin “Rheinmetall” şirkəti ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlardan da bəhs edilib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: https://www.stern.de/politik/deutschland/rheinmetall-bahnt-geschaefte-mit-aserbaidschan-an-8142486.html 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.