DÜNYA


Almaniyanın “Tchibo” qəhvə istehsalı şirkəti Rusiya bazarını tərk edir

Moskva, 12 avqust, AZƏRTAC

Almaniyanın “Tchibo” qəhvə istehsalı şirkəti Rusiya bazarını tərk edir.

AZƏRTAC xəbər verir ki, qəhvə istehsalı üzrə dünyada dördüncü yeri tutan “Tchibo” Rusiyada biznesini bağlayır. Bu ölkədə “Çibo SNQ” adı altında fəaliyyət göstərən və hazırda yerli menecmentin idarəçiliyinə keçən şirkət ilin sonuna kimi “Tchibo” və “Davidoff” qəhvələrinin satışını davam etdirəcək. Gələn ildən isə qəhvə yeni, ehtimal ki, “Gold” markası ilə buraxılacaq.

“Çibo SNQ” indiyədək məhsulun bir hissəsini Nijni Novqorodda yerləşən “Qrand-NN” fabrikində hazırlayır, digər hissəsini isə xaricdən idxal edirdi.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.