DÜNYA


Almaniyanın azad demokratları və sosial-demokratları koalisiya sazişini dəstəkləyiblər

Berlin, 6 dekabr, AZƏRTAC

“Svetofor koalisiyası”nda olan üç partiyanın ikisi liderləri tərəfindən bundestaqa seçkilərdən dərhal sonra koalisiya sazişini bağlamaqlarını öz qurultaylarında artıq alqışlayıblar.

AZƏRTAC xəbər verir ki, bu addımı azad demokratlar (“sarılar”) və sosial-demokratlar (“qırmızılar”) atıblar, “yaşıllar” isə özlərinin partiya qurultayına bu gün toplaşacaqlar. Azad Demokratiya Partiyasının fövqəladə qurultayının 90 faizdən çox nümayəndəsi sazişin dəstəklənməsinə səs verib. Sosial-demokratların partiya qurultayının 98,8 faiz iştirakçısı paraflanmış koalisiya sazişinə razılıqlarını bildiriblər. Çox güman ki, artıq sabah yekun koalisiya razılaşması imzalanacaq, çərşənbə günü isə bundestaqın yeni tərkibi Angela Merkelin Sosial-Demokratlar Partiyasından olan xələfi Olaf Şoltsu seçəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.