DÜNYA


Almaniyanın cənub federal əyalətlərində COVID-19-a qarşı mübarizə tədbirləri sərtləşdirilir

Berlin, 8 sentyabr, AZƏRTAC

Koronavirus infeksiyasına yoluxanların sayının kəskin artması ilə əlaqədar Almaniyanın bəzi federal əyalətləri bu infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirmək qərarına gəliblər.

AZƏRTAC xəbər verir ki, bu məsələ ölkənin cənub rayonlarında xüsusilə kəskinləşib. Təkcə Bavariyada hər gün 250-yə yaxın test müsbət nəticə verir. Bəzi şəhərlərdə bu göstərici maksimal həddi aşdığına görə, indiyə qədər mövcud karantin məhdudiyyətlərinə bir sıra yeni tələblər əlavə edilir.

Məsələn, maska taxmağın məcburiliyi, sosial məsafəyə riayət edilməsi və iştirakçıların sayı çox olan tədbirlərin qadağan edilməsi ilə bərabər indi məktəblilərin dərs məşğələlərinə respirator qoruyucu vasitələr ilə gəlmələri tələbi də əlavə olunub.

Turistlərin çoxu kurortlardan Almaniyaya qayıdarkən infeksiyaya yoluxmuş olur, bu səbəbdən vəziyyət daha da gərginləşir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.