DÜNYA


Almaniyanın daxili işlər naziri miqrantların ölkədən çıxarılmasını sürətləndirəcəkmi?

Berlin, 19 mart, AZƏRTAC

Almaniyanın yeni daxili işlər naziri Xorst Zeexofer qeyri-leqal miqrantların ölkədən çıxarılması prosesini sürətləndirmək niyyətindədir. AZƏRTAC xəbər verir ki, nazir ARD telekanalına müsahibəsində Almaniyada sığınacaq verilməmiş əcnəbilərin bu ölkədən deportasiyasında “real problem”in yarandığını söyləyib. Onun nazir vəzifəsində ilk addımlarından biri bu vəziyyətin aydınlaşdırılması olacaq.

“Niyə bu belədir, hansı prosedurları dəyişdirmək lazımdır?”, - sualını qoyan Zeexofer “müvafiq tədbirlər görmək” niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, bu tədbirlərə miqrantların gəldikləri ölkələrlə müqavilələr, nəzarətin gücləndirilməsi daxildir. Bundan başqa, həkim arayışları ilə fırıldaqların qarşısını tam almaq və miqrantların indentifikasiyası problemini həll etmək lazımdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.