Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Almaniyanın milli parklarına ekskursiya

Almaniyanın milli parklarına ekskursiya

Berlin, 30 oktyabr, AZƏRTAC

Almaniyada 16 milli park (Nationalpark), yüzdən çox təbii park (Naturpark) və mühafizə olunan 8.500-dən çox təbii zona və ya qoruq ərazisi (Naturschutzgebiet) var. Burada mühafizə olunan ilk təbii zonalar hələ Veymar Respublikası dövründə yaranıb. Veymar Respublikasının qanunvericiliyinə “Naturschutzgebiet” anlayışı 1920-ci ildə daxil edilib. Bu gün AZƏRTAC öz oxucularını həmin parklara ekskursiyaya dəvət edir.

Dəniz əraziləri hesaba alınmasa, 16 milli parkın ümumi sahəsi Almaniya ərazisinin cəmi 0,6 faizinə bərabərdir. Təbii parklarda mühafizə rejimi o qədər də ciddi deyil. Bu parklar ölkə ərazisinin 25 faizini (!) tutur. Çoxsaylı təbii mühafizə zonaları bütövlükdə ölkə ərazisinin daha 4 faizinə bərabərdir.

Bəzi regionlarda, məsələn Bavariya meşəsində təbii parklar milli parklarla həmhüduddur. Harts regionunda isə 3 təbii park və 1 milli park var. Biz bu yazıda milli parkların hamısını sadalayacağıq, lakin əvvəlcə Almaniyadakı populyar milli parklardan bir neçəsinin adını çəkmək istərdik.

Məsələn, Köln, Düsseldorf və Bonn sakinləri qonşuluqda yerləşən Bergişes Land təbii parkına (Naturpark Bergisches Land) birbaşa gedə bilərlər. XIX əsrdə bu yerləri “Prussiyanın Sibiri” adlandırırdılar, çünki bu ərazi gözdən uzaq, könüldən iraq idi. Yeddi dağ parkı da (Naturpark Siebengebirge) yaxınlıqda yerləşir. Hamburqdan Lüneburq çölünə (Naturpark Lüneburger Heide), necə deyərlər, əl uzatsan çatar.

Almaniyada ilk milli park olan “Nationalpark Bayerischer Wald” 1970-ci ildə Bavariya meşəsində açılıb. Burada Almaniya üçün nadir heyvan və quş növləri – Sibir xoruzu, yazpişiyi, laçın, çölpişiyi və qara leylək yaşayır. Parkın ərazisinin çox hissəsi dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşir. Buraya hər il 700 mindən çox turist gəlir.

Almaniyanın ikinci milli parkı “Nationalpark Berchtesgaden” da Bavariyada yerləşir. 1978-ci ildə Berxtesqaden rayonunda yaradılmış bu park Almaniyada yüksək dağlıq ərazidə yerləşən yeganə milli parkdır. Dəniz səviyyəsindən 600-2700 metr yüksəklikdə yerləşən bu parka hər il təqribən 1,6 milyon nəfər gəlir.

Növbəti 3 park Şimal dənizinin sahilyanı dayaz yerlərində 1985-ci, 1986-cı və 1990-cı illərdə salınıb. 2009-cu ildə Almaniya, Niderland və Danimarkanın dayazsulu vatt ərazisi Dünya Təbii İrs Siyahısına daxil edilib. Şlezviq-Holşteyn vatt milli parkında (Nationalpark Schleswig-Holsteinisches Wattenmeer) təxminən 3200 növ heyvana rast gəlinir. Ümumiyyətlə, bu sularda flora və faunanın 10 min növü var!

Aşağı Saksoniya milli parkı (Nationalpark Niedersächsisches Wattenmeer) Şərqi Friz adalarını əhatə edir. Bu adaların 7-də: Borkum, Yuist, Norderney, Baltrum, Langeoq, Şpikeroq və Vangereqo adalarında insan yaşayır. Dayazsulu ərazilər dənizdə və sututarlara yaxın ərazidə yaşayan quşların qorunmasında mühüm rol oynayır. Bu quşlar burada nəsil artırır və ya mövsümi miqrasiya dövründə burada qalırlar.

Hamburq vatt dənizi milli parkı (Hamburgisches Wattenmeer) Şimal dənizində Almaniyaya məxsus 3 sahilyanı parkdan ərazisinə görə ən böyüyüdür. Kukshafenin yaxınlığında, Elba çayının mənsəbində yerləşən bu parkda 2000 heyvan növü yaşayır. Onlardan təxminən 250 növü yalnız buradakı şoranlaşmış çəmənlərdə rast gəlir. Bu park UNESCO-nun siyahısına digər iki parkdan sonra – 2011-ci ildə daxil edilib.

Almaniyada ən kiçik milli park olan Yasmund milli parkı (Nationalpark Jasmund) Baltik dənizindəki Ryugen adasında yerləşir. 1990-cı ildə yaradılmış bu parkda xüsusi növ əhəng var. Landşaft mənzərələrinin təsviri üzrə məşhur rəssam Kaspar David Fridrix bu parkda sahilyanı tabaşirli qayaları tabloya köçürüb. Buradakı qədim fıstıq meşəsinin bir hissəsi UNESCO-nun təbii irs siyahısına daxil edilib.

Müritz milli parkı (Müritz-Nationalpark) 1990-cı ildə Meklenburq gölünə yaxın ərazidə yaradılıb. Bu göl təqribən 15 il bundan əvvəl - Buzlaq dövründə formalaşıb. Parkın ərazisinin 10 faizdən çoxu göllərin, daha 8 faizi bataqlıqların payına düşür. Onu da qeyd edək ki, buradakı Serran fıstıq meşəsi Ümumdünya İrs Siyahısına daxil edilib.

1990-cı ildə yaradılmış Saksoniya İsveçrə milli parkı (Nationalpark Sächsische Schweiz) özünün dağ landşaftları ilə məşhurdur. XIX əsrdə burada qum hasilatını fəallaşdırmaq istəyirdilər, lakin bu fikir əhalinin etirazına səbəb oldu. 1910-cu ildə dağların müdafiəsi üzrə cəmiyyət yaradıldı, Almaniya Demokratik Respublikası dövründə, 1956-cı ildə isə bu yerlər mühafizəyə götürüldü.

Oder çayının aşağı vadisi milli parkı (Nationalpark Unteres Odertal) 1995-ci ildə sərhədyanı çay boyunca Ukkermark rayonunda salınıb. Parkın eni 2 kilometrdən 8 kilometrə qədər dəyişir. Buradakı kənd evlərinin damlarında çoxsaylı leylək yuvaları çox məşhurdur. Subasar çəmənliklər köçəri quşların məskənidir.

Ön Pomeraniya milli parkı (Nationalpark Vorpommersche Boddenlandschaft) Almaniyanın yenidən birləşməsindən bir qədər əvvəl ADR-də yaradılıb. Parkın sahəsinin təqribən yarısı Baltik dənizinin dayazsulu ərazisinin payına düşür. Park həm də Fişland-Dars-Tsinqst yarımadasının və “Baltik Kaprisi” deyilən Hiddenze adasının bir hissəsini tutur.

2004-cü ildə Hessendə yaradılmış Kellervald-Ederze milli parkı (Nationalpark Kellerwald-Edersee) Almaniyada Ümumdünya İrs Siyahısına daxil edilmiş 5 fıstıq meşəsindən biridir. Parkın ərazisində yaşayış məntəqələri yoxdur. Bu unikal meşə ilkin formada qorunub saxlanıb, çünki uzun müddət onun sahibləri bu yerlərdən ov məqsədilə istifadə edən yerli knyazlar olub.

Harts meşə regionu 3 federal əyaləti – Türinqiya, Saksoniya-Anhalt və Aşağı Saksoniya əyalətlərini əhatə edir. 1990-cı ildə yaradılmış və 2006-cı ildə genişləndirilmiş Harst milli parkı (Nationalpark Harz) ərazisinin sahəsinə görə Almaniyada ən böyük milli meşə-parkıdır və region ərazisinin təqribən 10 faizini tutur.

Şvartsvald milli parkı (Nationalpark Schwarzwald) Almaniyanın ən populyar meşə turizm regionlarından birində - məşhur “Qara meşə”də yerləşir. 2014-cü ildə Şvartsvaldın şimal hissəsində yaradılmış bu park Baden-Vürtemberq federal əyalətində ilk milli parkdır.

Nəhayət, Hunsryuk-Hohvald milli parkı (Nationalpark Hunsrück-Hochwald) Almaniyada ən gənc milli parkdır. 2015-ci ildə Reynland-Pfalts və Saar federal əyalətlərinin sərhədində yaradılmış bu park dağlıq Hunsryuk regionunun cənub hissəsində, dəniz səviyyəsindən 400-700 metr yüksəklikdə yerləşir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb