DÜNYA


Almaniyanın partiya lideri “Birləşmiş Avropa Ştatları” yaratmağı təklif edib

Bakı, 8 dekabr, AZƏRTAC

Almaniyanın Sosial-Demokratiya Partiyasının sədri Martin Şults Avropada inteqrasiya proseslərinin dərinləşdirilməsini və 2025-ci ilədək “Birləşmiş Avropa Ştatları” yaradılmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə EU Observer resursu məlumat yayıb. “Federal Avropa yaratmaq üçün konstitusional razılaşma lazımdır”, - deyə partiya lideri deyib.

Martin Şults ratifikasiya üçün Avropa İttifaqı üzvləri olan ölkələrinə bu razılaşmanı təqdim etmək planı ilə bölüşüb. Onun sözlərinə görə, sənəddən imtina edən ölkələr Avropa İttifaqını tərk etməlidirlər. O hesab edir ki, yalnız gücləndirilmiş ittifaq Almaniya, Avstriya, Finlandiya, Fransa və Niderlandda geniş yayılan sağçı milliyyətçilərə qarşı dayana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.