DÜNYA
Almaniyanın qərbində polislə atışma zamanı iki nəfər öldürülüb
Bakı, 19 oktyabr, AZƏRTAC
Almaniyanın qərbində yerləşən Reynland-Pfals federal torpağındakı Kirxxaym-an-der-Vaynştrasse şəhərində polislə atışma nəticəsində iki nəfər ölüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, əməliyyat zamanı polis odlu silahdan atəş açmaq məcburiyyətində qalıb.
“Polis yerli vaxtla saat 8:30-da Kirxxaym-an-der-Vaynştrasse şəhərində yaranan təhlükəli vəziyyətlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı odlu silahdan istifadə edilib. İnsident nəticəsində iki nəfər həlak olub, iki polis əməkdaşı isə yaralanıb”, - deyə məlumatda bildirilir.
Hazırda əhali üçün heç bir təhlükə yoxdur. Hadisənin təfərrüatları barədə məlumat verilmir.