DÜNYA
Almaniyanın sabiq prezidentinin oğlu mühazirə zamanı öldürülüb
Bakı, 20 noyabr, AZƏRTAC
Almaniya Federativ Respublikasının sabiq prezidenti Rihard fon Vayszekkerin oğlu Frits fon Vayszekker klinikada mühazirə oxuyarkən bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalıb.
AZƏRTAC RBB portalına istinadla xəbər verir ki, həkimlər ağır xəsarət alan Frits fon Vayszekkerin həyatını xilas edə bilməyiblər.
Cinayət Berlindəki Şarlottenburq rayonunda Vayszekkerin çalışdığı “Schlosspark-Klinik” xəstəxanasında törədilib. Naməlum şəxs qəflətən sabiq prezidentin oğluna yaxınlaşaraq onu bıçaqlayıb. Mühazirədə iştirak edən şəxslərdən biri cinayətkara mane olmağa çalışsa da, yaralanıb. Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin əməkdaşları cinayətkarı həbs edib. Təhqiqat aparılır. Cinayətin motivləri barədə məlumat verilmir.
Əlli doqquz yaşlı Frits fon Vayszekker 2005-ci ildən “Schlosspark-Klinik” xəstəxanasında terapiya şöbəsinin müdiri işləyirdi. Atası Rihard fon Vayszekker 1984-1994-cü illərdə Almaniyanın federal prezidenti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]