DÜNYA


Almaniyanın xarici işlər naziri Brexitin təxirə salınmasına tərəfdardır

Bakı, 16 mart, AZƏRTAC

Almaniyanın xarici işlər naziri Hayko Maas Böyük Britaniyanın Avropa İttifaqından nizamsız çıxmasının qarısının alınması üçün Brexit prosesinin təxirə salınması imkanlarını istisna etmir.

AZƏRTAC bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.

“Heç kəs nizamsız Brexit arzulamır. İş bu yerə çatmamış kiçik təxirə salınma ilə daha bir ehtiram dövrəsi vurmaq yaxşı olardı. Biz sazişsiz Brexitin qarşısının alınması imkanlarına etinasız yanaşmamalıyıq”, - Maas özünün “Twitter” səhifəsində belə yazıb.

Eyni zamanda, onun fikrincə, Brexitin təxirə salınması yalnız Londonun müvafiq planının olduğu təqdirdə məna kəsb edə bilər.

Bir qədər əvvəl Britaniya parlamenti hökumətin Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması vaxtının təxirə salınması təklifini dəstəkləyib. İcmalar palatası martın 20-nə qədər Baş nazir Tereza Meyin Brüssellə danışıqlarda əldə etdiyi Brexit şərtləri barədə saziş layihəsini təsdiqləsə, ölkə hökuməti Brexit vaxtının iyunun 30-na qədər texniki təxirə salınması barədə Aİ-yə sorğu göndərməlidir. Əgər bu baş verməsə, Nazirlər Kabineti Brexit prosesini daha uzaq müddətə təxirə salmağı tələb edəcək.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin ötən il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən, britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.