Almaniyanın xəbər agentliyi TANAP haqqında yazır
AzerTAg.az

Berlin, 21 iyun, AZƏRTAC
“www.euroactiv.de“ internet xəbər agentliyi Türkiyənin Əskişəhər şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP layihəsinin açılışına həsr edilmiş tədbirin keçirilməsi barədə məqalə yerləşdirib. Məqalədə 40 milyard dollar avro sərmayə yatırılan və üç kəmərdən (Cənubi Qafqaz kəməri, TANAP və TAP) ibarət olan Cənub Qaz Dəhlizi vasitəsilə nəql edilməsi planlaşdırılan Azərbaycan təbii qazının 6milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya ixrac ediləcəyi barədə məlumat verilib.
Məqalədə enerjiyə olan bütün tələbatını Rusiyadan idxal edilən qaz hesabına ödəyən Bolqarıstanın gələcəkdə 1 milyard kubmetr həcmində Azərbaycan qazını idxal etməyi planlaşdırdığı və bu həcmin ölkənin tələbatının üçdə birini təşkil etdiyi qeyd olunub.
Eyni məzmunlu məqalələr Almaniyanın “Suddeutsche Zeitung”, “WELT”, “Turkishpress”, “epochtimes” kimi qəzet və xəbər agentliklərinin saytlarında da dərc edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Xəbərin mətnində orfoqrafik səhv var