DÜNYA
Almaniyanın yeni müdafiə naziri təyin olunub VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yanvarın 19-da Boris Pistoriusu müdafiə naziri təyin edib.
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, Boris Pistorius elə həmin gün Bundestaqda (Almaniya parlamenti) vəzifə andı içib. O, bu postda bir müddət öncə istefa verən Kristine Lambrexti əvəzləyib.
Boris Pistorius bu gün ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşəcək, yanvarın 20-də isə qərb ölkələrinin müdafiə nazirlərinin Ramştayn aviabazasında baş tutacaq görüşündə Almaniyanı təmsil edəcək. Görüşdə Ukraynaya növbəti hərbi yardımlar və Almaniya istehsalı olan “Leopard” tanklarının Kiyevə tədarükü məsələsi müzakirə olunacaq.
Dosye
Boris Pistorius 1960-cı il martın 14-də Ossenbrügge şəhərində anadan olub. 2006-cı ildə doğma şəhərinin meri seçilib. 2013-cü ildən Aşağı Saksoniya federal torpağının daxili işlər və idman naziri vəzifəsində çalışıb. İxtisasca hüquqşünasdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]