DÜNYA


Almaniyaya qaçqın axını azalır

Berlin, 20 iyun, AZƏRTAC

Dünyada qaçqınların sayı çoxaldığı halda, onların Almaniyaya axını tədricən azalır.

AZƏRTAC xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təqdim etdiyi hesabat bu məlumatı təsdiqləyir. Belə ki, ötən il Almaniyaya gedən qaçqınların sayı 186 644 nəfər olub. 2016-cı ildə müvafiq göstərici 280 min nəfər, daha bir il əvvəl isə ondan beş dəfə çox olub.

Almaniya ən çox qaçqın qəbul edən ölkələrin sırasında altıncı yerdədir. Bu ölkədə 970 min qaçqın var. Birinci sırada Türkiyə (3,5 milyon) yerləşir, ikinci və üçüncü yerləri Pakistan və Uqanda (1,4 milyon) bölüşür.

2017-ci ildə dünyada 68,5 milyon qaçqın olub, onların təqribən yarısı yetkinlik yaşına çatmayanlardır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.