DÜNYA


Almanların əksəriyyəti peyvəndlənməyən həmvətənlərinin davranışını qınayır

Berlin, 4 dekabr, AZƏRTAC

Bu günə olan məlumata görə, AFR sakinlərinin 68,8 faizi tam vaksinləmə sxemindən keçib. Almanların 71,7 faizi ən azı bir dəfə peyvəndlənib. Koronavirus səbəbindən ölənlərin sayı 102,5 min nəfərdən çoxdur.

AZƏRTAC xəbər verir ki, aparılan tədqiqata əsasən, vaksinlənən almanların 86 faizi sorğuda peyvənd əleyhinə olanların davranışını “məsuliyyətsizlik” adlandırıb və vaksinləmədən keçməyənlər üçün sərt məhdudiyyətlər tətbiq olunması ideyasını dəstəkləyib. Onlar hesab edirlər ki, peyvənd olunmayanlar təkcə özlərinin deyil, ətrafdakıların da səhhətini təhlükə altında qoyurlar. Respondentlərin 72 faizi koronavirusa qarşı peyvənd vurdurmaq istəməyən hər kəs üçün təmasların sərt şəkildə məhdudlaşdırılması və komendant saatının tətbiqi ideyasını dəstəkləyib.

Vaksinlənmədən keçməyənləri ölkənin şərqi federal əyalətlərində 82 faiz, qərbində isə 89 faiz vətəndaş qınayıb.

Hazırda Almaniya pandemiyanın ən ağır olan dördüncü dalğasını yaşayır. Son həftə ərzində yeni yoluxma hallarının sutkalıq sayı 57 min nəfər olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.