İQTİSADİYYAT


Almatıda Azərbaycanla Özbəkistanın enerji əməkdaşlığının yol xəritəsi müzakirə edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika nazirinin birinci müavini - nazir vəzifəsini icra edən Azim Ahmedxacayev arasında görüş olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bu ilin avqust ayında imzalanan yol xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib. Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-turbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və qarşıya qoyulan vəzifələr ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafı ilə bağlı fəaliyyətin əsasını təşkil edir. Qarşılıqlı səylərin gücləndirilməsi və koordinasiyalı fəaliyyət sayəsində enerji sahəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.