DÜNYA


Almatıda “LUKoil”un mühərrik yağları istehsalı zavodu açılıb

Almatı, 20 sentyabr, AZƏRTAC

Qazaxıstanın Almatı bölgəsində mühərrik yağları istehsal edən zavod açılıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Baş Naziri Askar Mamin “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərov ilə birgə İli rayonunda "Lukoil Lubricants Central Asia" MMC-nin sürtkü yağları istehsalı zavodunun açılış mərasimində iştirak ediblər.

Qazaxıstanda hazırda karbohidrogen sektoruna 9,5 milyard dollar sərmayə qoyan “LUKoil”un zavodunun açılması ölkənin neft-qaz sənayesinin inkişafına, xüsusilə xammalyönümlü emal məhsulları buraxılışına keçiddir.

Zavodun ildə 100 min ton məhsul istehsal etməsi nəzərdə tutulub və 800-dən çox növ mühərrik yağları istehsalı proqnozlaşdırılır. Zavod Qazaxıstanın, Orta Asiya ölkələrinin, Çin, Əfqanıstan və Monqolustanın daxili bazarını sürtkü materialları ilə təmin edəcək. Müəssisənin inşasına və avadanlıqlarına qoyulan ümumi sərmayə 94 milyon ABŞ dollarıdır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Almatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.