DÜNYA
Almatıda XV Avrasiya Media Forumu keçirilir
Almata, 23 may, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində "Təkamülün 15 ili: dünya necə dəyişir və dünya bizi necə dəyişir" adlı XV Avrasiya Media Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq müzakirə platforması olan Avrasiya Media Forumuna dünyanın 60 ölkəsindən 800 iştirakçı toplaşıb.
Zamanın ən vacib mövzuları üzrə açıq dialoq şəklində keçirilən Forumda siyasət, iqtisadiyyat, sosial məsələlər və xüsusilə də media sahəsinin beynəlxalq ekspertləri iştirak edir.
Forumun yarandığı vaxtdan bu günə kimi fəaliyyətindən və dəyişikliklərdən bəhs edən təşkilat komitəsinin sədri Dariqa Nazarbayeva bildirib ki, gənc nəsil internetə, mobil xidmətlərə əlavə xidmət olaraq deyil, mühüm bir həyat tərzi kimi baxır və bunların məhdudlaşdırılmasını qəbul etmir.
Qazaxıstan informasiya və kommunikasiya naziri Dauren Abayev Prezident Nursultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu səsləndirib.
Almatı şəhərinin başçısı Bauırjhan Baybek qlobal problemlərin həllində müasir KİV-in rolundan danışıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almata