MƏDƏNİYYƏT


“Almaz” tamaşası növbəti dəfə təqdim edilib

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan yeni eyniadlı tamaşa nümayiş olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar İncəsənət Xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Tamaşanın müəllifi Xalq Artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemət, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq Artisti Siyavuş Kərimidir.

Tamaşada Almaz rolunu Əməkdar Artist Məsmə Aslanqızı ifa edib.

Ceyran Həsənlinin idarə etdiyi səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov və başqaları ifa ediblər.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.