SİYASƏT
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm VİDEO
Paris, 19 noyabr, AZƏRTAC
Azərbaycan Venesuelanın sədrliyi dövründə də Qoşulmama Hərəkatında uğurlu və səmərəli fəaliyyət göstərirdi.
Bu fikri Venesuelanın Yerli Xalqlar naziri Aloha Nunyez AZƏRTAC-a müsahibəsində söyləyib.
Nazir deyib: “Münaqişələrin tüğyan etdiyi bugünkü dövrdə dünyada yeni çağırışlar meydana çıxıb. Bu çağırışlar ilk növbədə sülh və sabitliklə əlaqəli olduğundan Qoşulmama Hərəkatının əhəmiyyəti getdikcə artmaqdadır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin və dəyərlərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm”,-deyə nazir Aloha Nunyez bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris