İDMAN


Alonso “Daytonada 24 saat” marafonunda iştirak edəcək

Bakı, 27 noyabr, AZƏRTAC

Formula 1 yarışlarında karyerasını başa vurmuş ispan pilot Fernando Alonso “Wayne Taylor Racing” qrupunun tərkibində və “Cadillac Dİi-VR” avtomobilinin sükanı arxasında 2019-cu ilin IMSA seriyasından olan “Daytonada 24 saat” marafonunda iştirak edəcək. Bununla bağlı “General Motors” şirkəti ilə pilot arasında razılıq əldə olunub.

AZƏRTAC “RaceFans” saytına istinadla xəbər verir ki, bu razılığa əsasən, Alonso “Indy 5090” əfsanəvi yürüşündə “Chevrolet” mühərriki olan maşınla çıxış edəcək. Kontrakt haqqında açıqlama dekabrın əvvəlində gözlənilir.

Əvvəllər Alonso və dəfələrlə NASCAR çempionu olmuş Cimmi Conson Bəhreyn trasında nümunəvi çıxışlar keçiriblər. Pilotlar bu yürüşlərdə texnika mübadiləsi ediblər.

Xatırladaq ki, Fernando Alonso Formula 1 dünya çempionatlarında özünün son yürüşünü 2018-ci il noyabrın 25-də Əbu-Dabidə keçirilən Qran-Pridə keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.