İDMAN


Alonso: Şumaxerlə mübarizə apardığım illər karyeramın ən yaxşı dövrüdür

Bakı, 7 yanvar, AZƏRTAC 

Formula 1 yarışmasının ikiqat dünya çempionu Fernando Alonso yeddiqat dünya çempionu Mixael Şumaxerlə trasda apardığı mübarizə haqqında xatirələrini bölüşüb. İspan pilot bildirib ki, məhz bu illəri karyerasında ən yaxşı dövr hesab edir.

AZƏRTAC xəbər verir ki, Alonso deyib: “Şumaxerlə mübarizə mənim karyeramda ən yaddaqalan məqamlardır. Mənim uduzub, yoxsa qalib gəlməyim mühüm deyil. Nə əvvəl, nə də sonra bu dərəcədə gərgin anlarım olmayıb. Onunla yan-yana yürüş etmək asan deyil, lakin onu ötmək daha da çətindir. Şumaxer bilirdi ki, o, güclüdür, əfsanədir və trasda bu adı qoruyurdu. Məhz bu cəhətdən onunla mübarizə aparmaq yalnız məmnunluq gətirirdi, çünki mən başa düşürdüm ki, əfsanə ilə mübarizə aparıram.

Hesab edirəm ki, Mixaelin irsi bizim fikirləşdiyimizdən daha böyükdür. Şumaxer hər şeyi möhtəşəm səviyyədə etmək bacarığına malik idi. İndiki pilotların bir çoxu Şumaxerin təsiri altında avtomobil idmanını seçiblər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.