İDMAN


Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionatında 40-dan çox komanda iştirak edəcək

Bakı, 7 mart, AZƏRTAC

Martın 9-da Şağan Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə V Azərbaycan çempionatı start götürəcək.

Azərbaycan Alpaqut Federasiyasının baş katibi Etibar Toğrulun AZƏRTAC-a verdiyi məlumata görə, ötən ilkindən fərqli olaraq bu il çempionat iki gün davam edəcək. Yarışın rəsmi açılış mərasimi martın 9-da keçiriləcək.

Ölkə çempionatında müxtəlif bölgələri təmsil edən 40-dan artıq komandanın tərkibində 400-dən çox idmançının iştirakı nəzərdə tutulub. İdmançılar alpaqut Turan döyüş sənətinə daxil olan aypara, batur, çaymaz və qurşaq sistemləri üzrə mübarizə aparacaqlar.

Yarışın final görüşləri və bağlanış mərasimi martın 10-da təşkil olunacaq. Qalib idmançılar diplom və medallarla, komandalar isə kubokla təltif ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.