İDMAN


Alpaqut Turan döyüş sənəti üzrə Gəncəbasar regional açıq birinciliyi keçilib

Bakı, 16 aprel, AZƏRTAC

Tovuz rayon gənclər və idman idarəsinin və Azərbaycan Alpaqut Federasiyasının Gəncəbasar regional nümayəndəliyinin təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə Gəncəbasar regional açıq birinciliyi keçilib.

AZƏRTAC xəbər verir ki, alpaqut Turan döyüş sənətinin batur, caymaz və qurşaq sistemləri üzrə təşkil edilən birincilikdə federasiyanın Tovuz, Qazax, Ağstafa, Laçın və Şəmkir filiallarını təmsil edən yeddi komandanın heyətində 109 idmançı qüvvəsini sınayıb.

Yekun nəticələrə görə batur sistemi üzrə Şəmkir, caymazda Tovuz, qurşaq sistemi üzrə isə Qazax idmançıları birinci layiq görülüblər.

Sonda Tovuz rayon gənclər və idman idarəsi tərəfindən qaliblərə medal, diplom, komandalara isə kuboklar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.