İQTİSADİYYAT


Alparslan Bayraktar: Azərbaycan Avropa və Asiya arasında enerji dəhlizi rolunu oynayır

Alparslan Bayraktar: Azərbaycan Avropa və Asiya arasında enerji dəhlizi rolunu oynayır

Bakı, 27 oktyabr, Nihat Budaqov, AZƏRTAC

Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Avropa və Asiya arasında enerji dəhlizi rolunu oynayır. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 27-də Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransdakı çıxışında qurumun rəhbəri Alparslan Bayraktar səsləndirib.

A.Bayraktar bildirib ki, Azərbaycan regionda təkcə Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə deyil, digər enerji mənbələri ilə də etibarlı tərəfdaş mövqeyində çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.