REGİONLAR
Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə Mahmuddərə ərazisindən tapılıb
Xaçmaz, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qar uçqununda həlak olan alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhəni aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olan alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılan lövhənin oğurlanmasına dair məlumatlar yayılıb.
Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb və bürünc lövhə Qusar rayonunda Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb. Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb olub.