ELM VƏ TƏHSİL


Altay İsmayılov: Korporativ idarəetmə dövlət və özəl müəssisələr üçün mühüm amildir

Bakı, 19 iyun, AZƏRTAC

Dövlət müəssisələrinin korporativ idarə edilməsi mühüm addımdır.

AZƏRTAC xəbər verir ki, bu fikri “Bilik əsaslı iqtisadiyyatda institusional amillər: Dövlət müəssisələrinin korporativ idarə edilməsi” mövzusunda II forumda UNEC-in Bilik İqtisadiyyatı Tədqiqat Mərkəzinin direktoru, dosent Altay İsmayılov jurnalistlərə müsahibəsində söyləyib.

Forumun universitetdə yaradılan dövlət sənaye platforması çərçivəsində təşkil olunduğunu deyən Altay İsmayılov qeyd edib ki, bu təşəbbüs dövlət müəssisələrinin kooperativ idarə edilməsi istiqamətində atılan mühüm bir addımdır. Korporativ idarəetmənin müəssisələrin səmərəli fəaliyyətindəki rolunu vurğulayan Altay İsmayılov bu istiqamətin istər dövlət, istərsə də özəl müəssisələr üçün ümumilikdə çox vacib amil olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.