DÜNYA


Altay sıra dağlarında qar uçqunu altında qalan 7 turist həlak olub

Bakı, 8 may, AZƏRTAC

Rusiyada Altay sıra dağlarına ekspedisiyada iştirak edən 9 turistdən 7-si qar uçqunu altında qalaraq həlak olub. AZƏRTAC xəbər verir ki, bu məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilir ki, ayın 6-da Novosibirsk vilayətindən yola düşən turistlər Cənubi Çuysk dağında güclü qar uçqunu ilə rastlaşıblar. Alpinist kimi bu dağın zirvəsinə qalxmaq istəyən 9 nəfərdən 7-sini xilas etmək mümkün olmayıb. Həlak olanlardan ikisi qadınlardır. Qar uçqunundan qurtulan digər iki qadın turist isə şaxtalı havada uzun məsafə qət ediblər və mobil rabitənin olduğu yerə çıxaraq Rusiya FHN-ə zəng edə biliblər. Xilasedicilər onları təhlükəsiz əraziyə köçürüblər. Həlak olanların cəsədləri qar uçqununun altından çıxarılıb.

Rusiya İstintaq Komitəsi insidentlə bağlı təhqiqat aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.