REGİONLAR


Alternativ enerji istehsalı sahələri yaradılır

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Muxtar respublikada alternativ enerji istehsalı sahələri yaradılır. Bu məqsədlə 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılıb, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının, 3 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur rayonunun Maxta və Muğanlı kəndlərində 35/10 kilovoltluq transformator yarımstansiyalarının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılıb.

Muxtar respublikada 65,8 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, ümumilikdə, 20 transformator yarımstansiyası quraşdırılıb.

Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması başa çatdırılıb, Naxçıvan şəhərində Qaz Kompressor Stansiyası tikilib. 2021-ci il 1 oktyabr tarixinə muxtar respublikada 89 min 340 əhali abonenti təbii qazla təmin olunub.

Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Şərur və Babək şəhərlərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.