İQTİSADİYYAT


Altı ayda 1497 tikinti obyektinin qaz təchizatı layihəsi qeydiyyata alınıb

Bakı, 7 iyul, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 253 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, cari ilin ilk yarımili üzrə 1497 tikinti obyektinin qaz təchizatı layihəsinin ekspertizası keçirilib və qeydiyyata alınıb. Qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 95 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 57 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.