İQTİSADİYYAT


Altı ayda Azərbaycandan 3,1 milyard kubmetr təbii qaz göndərilib

Bakı, 12 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 3 milyard 101 milyon 25 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yarım ildə ixrac olunan təbii qazın dəyəri 570 milyon 337 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə ölkədən 3 milyard 180 milyon 646 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 527 milyon 932 min dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.